30 Oktyabr 2026, Cümə
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Ölkə futbolu

“Marafon”dan ilk

Azərbaycan kubokunun 2026/27 mövsümü ilklə əlamətdar olub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, “Marafon” ilk iki təsnifat mərhələsini adlayaraq 1/8 finala yüksəlib.

Sabirabad klubu buna nail olan ilk 2-ci liqa təmsilçisi olub. Turnirin debütantı əvvəlcə “Dinamo”nu 3:0, ardınca 1-ci liqa klubu “Zaqatala”nı 1:0 hesabı ilə məğlub edib.

2023/24 mövsümündən indiki formatda keçirilən turnirdə 2-ci liqa komandalarının iştirak etdiyi 1-ci təsnifat mərhələsini adlayanların hamısı növbəti raundda mübarizəni dayandırıb. Bu müddətdə 2-ci təsnifat mərhələsində 2-ci liqa klublarının iştirakı ilə baş tutan digər 25 dueldə 1/8 finala vəsiqəni daha yüksək dəstə təmsilçiləri adlayıb.

Qeyd edək ki, “Marafon” dekabrın 1 və ya 2-də keçiriləcək 1/8 finalda “Araz-Naxçıvan”ın qonağı olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31