30 Oktyabr 2026, Cümə
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Digər idman növləri

Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq

Noyabrın 1-də Bakıda Vətən müharibəsində qazanılan tarixi Zəfərin 6-cı ildönümünə həsr olunan ənənəvi "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq.

Futbolxeber.az saytına bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildirilib.

Yarış "Qürurla irəli" şüarı altında baş tutacaq.

Altıncı dəfə təşkil olunacaq "Qələbə qaçışı" bu il rekord sayda iştirakçını bir araya gətirəcək. Qeydiyyatın nəticələrinə əsasən, yarışda 2 000-ə yaxın insan iştirak edəcək.

Xeyriyyə məqsədi daşıyan yarışda hər bir iştirakçı qeydiyyat zamanı minimum 20 manat ianə edib. Toplanan vəsaitin tam məbləği "YAŞAT" Fonduna yönəldiləcək.

İştirakçılar Dənizkənarı Milli Parkda, "Yeddi gözəl" fəvvarəsinin yaxınlığından start götürərək 10 kilometr məsafə qət edəcəklər. Saat 10:00-da başlayacaq yarışın qalibləri mükafatlandırılacaqlar.

Qaçışdan sonra iştirakçıları və qonaqları konsert proqramı gözləyir. Səhnədə Xalq artisti Röya, Murad Arif və digər tanınmış ifaçılar çıxış edəcəklər.

Bununla yanaşı, oktyabrın 31-də saat 11:00-dan 19:00-dək və noyabrın 1-də saat 9:00-dan 18:00-dək fan-zona fəaliyyət göstərəcək. Burada hər yaş qrupu üçün maraqlı fəaliyyətlər, idman proqramları və əyləncəli oyunlar təqdim olunacaq.

Qeyd edək ki, "Qələbə qaçışı" 2021-ci ildən etibarən hər il keçirilir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31