30 Oktyabr 2026, Cümə
Kurban Berdıyevdan qələbə şərhi
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Kurban Berdıyevdan qələbə şərhi

"Qalib gəldiyimiz üçün çox sevinirəm. Çox ağır oyun oldu. Matçın sonlarına yaxın təşəbbüsü əldən verdik. Amma istənilən qələbəyə görə şadam".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının X turunda “Sabah”ı 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Daha sonra mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Qələbədə həlledici məqam nə oldu?

- Əsas məsələ çempiona qarşı köklənmək idi. Uşaqlar özlərini sübut etmək istəyirdilər. İkincisi, nizam-intizam rol oynadı. Amma təbii ki, son 10 dəqiqəni çıxmaq şərtilə.

- Hayderson Hurtado yersiz sarı vərəqə aldı ki, sizi də əsəbiləşdirdi. Qələbəyə görə onu bağışlamaq olar?

- Emosiyalara görə oldu. Ona elə gəldi ki, top rəqibin futbolçusunun əlinə dəymişdi. Ancaq emosiyalarına hakim olmalı idi. Bəli, bilirəm ki, cəzalı duruma düşdü.

- "Turan" voleybol komandası dünən qələbə qazandı, bu gün Çempionlar Liqasının iştirakçısını isə siz məğlub etdiniz. Yayda Tovuzda Avropa komandalarını görəcəyik?

- "Turan" voleybol komandasının ilk oyununu da izləmişdim. Dünənki cavab görüşün də izlədim. Onlara görə həyəcan keçirirdim. Şükür Allaha, qələbə qazandılar. Allah qismət etsin ki, Bolqarıstan klubuna da qalib gəlsinlər. Bu, Tovuz azarkeşləri üçün bayramdır. Biz də öz dəstəyimizi verməliyik.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31