16 Noyabr 2026, Bazar ertəsi
Millimiz Andorraya qarşı
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi

Futzal

Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyununda uduzdu

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, Naxçıvan təmsilçisi Bosniya və Herseqovinanın “Buba Mara” komandası ilə qarşılaşıb. Polşanın Qlivise şəhərindəki “Prezero Arena”da keçirilən görüş “Buba Mara”nın 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan çempionunun heyətində Murad Quluzadə, Oktay Rüstəmli və Kənan Manafov fərqləniblər.

Qeyd edək ki, 5-ci qrupunda mübarizə aparan “Araz-Naxçıvan” ilk turda Macarıstanın “Uypeşt” komandasını 5:4 hesabı ilə məğlub edib. Təmsilçimiz qrup mərhələsində son oyununu oktyabrın 30-da Polşanın “Piast” komandasına qarşı keçirəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30