29 Oktyabr 2026, Cümə axşamı
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Ölkə futbolu

Stoiçkov Bakıda 120-dən çox uşağın iştirak etdiyi futbol festivalına qatıldı

Bakı Olimpiya Stadionunda FIFA-nın "Boots for All" festivalı keçirilib. Tədbirdə 120-dən çox uşaq və əfsanəvi bolqarıstanlı futbolçu Xristo Stoiçkov iştirak edib.

Futbolxeber.az saytının məlumatına görə, AFFA-nın təşkilatçılığı və FIFA-nın "Məktəblərdə Futbol" proqramının dəstəyi ilə keçirilən festival fiziki tərbiyə müəllimləri üçün təşkil olunan ikigünlük seminarın yekununda baş tutub.

Festivalın açılışında çıxış edən Stoiçkov futbolun uşaqların həyatında mühüm rol oynadığını vurğulayıb. O, bu idman növünün dostluq, komanda ruhu və qarşılıqlı hörmət kimi dəyərlərin formalaşmasına töhfə verdiyini bildirib. Veteran futbolçu uşaqları futboldan zövq almağa, daim öyrənməyə və arzularının arxasınca getməyə çağırıb.

Açılış mərasimində AFFA-nın baş katibi Cahangir Fərəcullayev də çıxış edərək FIFA rəsmilərinə təşəkkürünü bildirib və iştirakçılara uğurlar arzulayıb.

Daha sonra Fərəcullayev və AFFA İcraiyyə Komitəsinin üzvü Leyla Xəlilova Rzazadə FIFA nümayəndələrinə xatirə hədiyyələri təqdim ediblər.

Festivalın sonunda iştirak edən hər bir uşağa FIFA tərəfindən futbol butsları hədiyyə olunub.

Qeyd edək ki, seminarın ikinci günündə fiziki tərbiyə müəllimləri FIFA nümayəndələrinin rəhbərliyi ilə praktiki məşğələlərə qatılıblar. Tədbirdə məktəblərdə futbolun tədrisi, uşaqların məşğələlərə cəlb olunması və oyun əsaslı öyrənmə metodlarının tətbiqi müzakirə edilib.

"Football for Schools" proqramı FIFA, AFFA və Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində həyata keçirilir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31