Ölkə futbolu
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
“Sumqayıt”ın müdafiəçisi İsa Sulimanın Futbolxeber.az saytına müsahibəsi
- Bakıda keçirilən FIFA U-15 dünya çempionatını və festivalını canlı izləyirdiniz. Təəssüratlarınız necədir?
- Bəli, oyunlara canlı baxırdım. Xüsusən də Pakistan millisinin matçlarını maraqla izləyirdim. Komandanın oyunundan zövq aldım. Buna görə də Pakistan millisinin bir yox, bir neçə oyununa baxdım. Komanda xoş təsir bağışladı.
- Pakistan millisinin heyətində gələcəkdə Avropanın aparıcı klublarında oynaya biləcək istedadlar var?
- Bunu hamımız arzulayırıq. Federasiyanın da bununla bağlı planı var. Gəncdirlər, inkişaf etdirməlidirlər. İnanıram ki, üzərlərində daha çox çalışsalar, bunun üçün şans yaranacaq.
- Ümumilikdə Bakıda keçirilən turniri, təşkilatçılığı necə dəyərləndirirsiniz?
- Çox yaxşı. Bir neçə dəfə yarışların keçirildiyi kompleksdə oldum. Hər şeydən zövq aldım. Təşkilatçılıq yüksək səviyyədə idi. Oyunlar da çox maraqlı keçirdi.
- Bir qədər də “Sumqayıt”dan danışaq. Son matçda, kubokda 11:0 hesabı ilə qalib gəldiniz...
- Demək olar ki, oyun bizim üçün asan keçdi. Nəticə də bunu deyir. Çoxlu qollara ehtiyacımız var idi. Üstəlik, meydana gənclər də çıxmışdılar və bu matçda onlar üçün özlərini göstərmək şansı yaranmışdı. Topu saxlayıb dayana bilməzdik. Buna görə də bacardığımız qədər tempi aşağı salmadıq. Çünki növbəti oyunlarda belə şansımız olmayacaq. Xüsusən də növbəti mərhələdə “Qarabağ”la görüşdə (gülür).
- Çempionatda ardıcıl iki qələbədən sonra ötən tur “Zirə”yə uduzdunuz. “Sumqayıt” 6 ildir bu rəqibə qalib gələ bilmir. Uğursuz seriyanın səbəbini nədə görürsünüz?
- Bilmirəm. Həmin matça yüksək əhval-ruhiyyədə hazırlaşmışdıq. Öncəki 2 matçda 6 xal qazanmışdıq. Lakin “Zirə” ilə oyuna heç də yaxşı başlamadıq. Bunun nəticəsi idi ki, artıq matçın əvvəlində 0:2 hesabı ilə geri düşmüşdük. Sonradan toparlandıq, komanda xarakter göstərdi. 2 qol vurduq, biri də ofsayt səbəbindən hesaba alınmadı.
- Yəqin ki, epizodun təkrarını izləmisiniz. Sizcə, orada ofsayt var idi?
- Əlbəttə, təkrarı bir neçə dəfə izləmişəm. Elə epizoddur ki, dəqiq fikir bildirmək çətindir. Bilmirsən, toxunuş var idi, ya yox. İstənilən halda “Zirə” yaxşı komandadır. Heyətlərində güclü futbolçular var. İnanıram ki, növbəti dəfə bu uğursuz seriyaya son qoya biləcəyik.
- 2 gün sonra 10-cu tur çərçivəsində “Şəfa” ilə üz-üzə gələcəksiniz. Rəqib autsayderlər qrupundadır və 7 turdur xala həsrətdir. Bu məqam “Sumqayıt”da arxayınçılıq yaratmayacaq?
- Xeyr, qətiyyən arxayınlaşmaq olmaz. Biz bu matça çox ciddi yanaşmalıyıq. Məqsədimiz də qələbə qazanmaqdır.
- Bu matçı həm də Sumqayıt derbisi adlandırmaq olar?
- Hə, olar (gülür). Bu komanda da ev oyunlarını Sumqayıtda keçirir.
- “Sumqayıt”da bir neçə baş məşqçi ilə işləmisiniz. Filipe Kandidonun iş prinsipi digərlərindən nə ilə fərqlənir?
- Zədə səbəbindən uzun müddət meydandan kənarda qaldım. Buna görə də Vaqif Cavadov və Saşa İliçlə çox işləmək imkanım olmayıb. Əsasən Samir Abasovla işləmişəm. Samir Abbasovda döyüşçü xarakteri var. Eyni sözləri Kandido haqda da deyə bilərəm. İkisi də yüksək səviyyəli müxtəxəssisdir. Sadəcə futbol yanaşmaları, iş prinsipləri fərqlidir. Hər məşqçinin öz yanaşması var.
- Qeyd etdiyiniz kimi, uzun müddət meydana çıxmadımız. Geri qayıtdıqdan sonra kapitan sarğısının sizə veriləcəyini gözləyirdiniz?
- Yox, bunu gözləmirdim. Mən sadəcə zədəmin bərpasına fokuslanmışdım. Əlimdən gələni edirdim ki, meydana qayıdım. Çünki futbol üçün çox darıxırdım. Şadam ki, zədəmi bərpa etdim, qayıtdım. Kapitanlıq məsələsini də klub tərəfindən jest saymaq olar. Əslində, bu, mənim üçün ciddi fərq eləmir. Yəni sarğı məni dəyişmir. Hər zaman meydanda komandanın uğurları üçün əlimdən gələni etməyə çalışıram. Eləcə də əlimdən gələni edirəm ki, komanda yoldaşlarıma dəstək olum.
- “Sumqayıt”dakı ilk ilinizdə avrokuboklara yollandınız. Demək olar ki, Premyer Liqada legioner limitinin ləğvindən sonra bu nəticəni təkrarlamaq olduqca çətindir?
- Açığı, biz heç həmin vaxt da avrokuboklar barədə düşünmürdük. Yalnız hər növbəti matça fokuslanırdıq. Mümkün qədər turnir cədvəlinə diqqət etməməyə çalışırdıq. Yalnız martdan, apreldən etibarən bu barədə düşünməyə başladıq. Odur ki, indi hələ çempionatda 10-cu turun oyunları keçirilir. Bu gün avrokuboklar barədə danışmaq doğru olmaz. Ümumilikdə isə əlbəttə ki, həmin nəticəni təkrarlamaq bu gün çox çətindir. Çünki çox güclü rəqiblərə qarşı mübarizə aparırıq və onların hər birinə hörmətlə yanaşırıq.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Azərbaycan millisi bu dəfə qapısında 8 qol gördü
- “Sumqayıt”ın məşqçi heyəti Qanvermə aksiyasında iştirak edib
- Entoni Doherti Azərbaycan millisinə vurduqları 5 qoldan danışdı
- U-21 millimiz Şotlandiyada "5 aldı"
- Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
09:00
“Araz-Naxçıvan” “Zirə”ni, “Qəbələ” “Qarabağ”ı qəbul edir
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
-
19:00
İspaniya millisi Bakıda dünya çempionu oldu
-
18:42
II Liqada həftənin hakimləri
-
18:05
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
-
17:18
Tovuzda heyətlər açıqlandı
-
16:59
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
-
16:33
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
15:24
Sabiq “Sumqayıt”lı Hindistan klubunda
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
-
11:12
“Marafon”dan ilk
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:23
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
-
09:00
"Turan" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
21:39
Stoiçkov Bakıda 120-dən çox uşağın iştirak etdiyi futbol festivalına qatıldı
-
20:52
Rəşad Yelkiyev "Böyük Dəbilqə" turnirində bürünc medala sahib çıxıb
-
20:31
Millimiz Vyetnama məğlub oldu
-
19:00
Balabəy Ağayev Əbu-Dabidə qızıl medal qazanıb
-
18:43
Könül Əliyevadan "Böyük Dəbilqə"də tarixi nəticə
-
18:25
“Neftçi” "Şamaxı" ilə oyunun hazırlığını davam etdirir
-
17:16
1/8 finalın bütün cütləri bilindi
-
16:54
Azərbaycan kubokunda II mərhələyə yekun vuruldu
-
16:37
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib
-
16:08
Xristo Stoiçkov Bakıda
-
15:25
Azərbaycan millisi Asiya Kubokunda qızıl medal qazanıb
-
14:42
Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb
-
14:19
Dünya çempionatı: üç güləşçimiz uduzdu
-
13:51
Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
-
13:00
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
-
12:43
"Yuventus" səfərdə xalsız qaldı VİDEO
-
12:28
X turun hakim təyinatları açıqlandı
-
11:56
Azərbaycanlı gənc futbolçu İspaniya klubunda
-
11:34
"Napoli"dən 4 qollu qələbə VİDEO
31.10.2026
30.10.2026
29.10.2026























