31 Oktyabr 2026, Şənbə
Kurban Berdıyevdan qələbə şərhi
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib

27-28 oktyabr tarixlərində “Radisson Hotel Baku”da AFFA-nın texniki direktoru Edmond Klausun iştirakı ilə Premyer Liqa klublarının və digər futbol klublarının akademiya rəhbərləri arasında işgüzar görüş keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, görüşdə AFFA ilə futbol klubları arasında əməkdaşlığın genişləndirilməsi, uşaq futbolunun inkişafı istiqamətində gələcək planlar və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan futbolunun mövcud problemləri və yerli futbolçuların xarakterik xüsusiyyətləri müzakirə olunub.

Tədbir çərçivəsində AFFA-nın Futbolun İnkişafı Departamentinin əməkdaşı Sakit Rzayev metodologiya və futbolda oyun modeli mövzularında təqdimatla çıxış edib.

Görüşün ikinci günündə iştirakçılar FIFA U-15 Dünya Çempionatı və Festivalı çərçivəsində keçirilən Azərbaycan - Çili oyununu birlikdə izləyiblər.

Qeyd edək ki, AFFA ilə futbol klublarının akademiya rəhbərləri arasında bu formatda görüşlərin ildə üç dəfə keçirilməsi nəzərdə tutulur. Növbəti görüşün gələn ilin yanvar ayında təşkili planlaşdırılır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31