Futzal
“Araz-Naxçıvan”ın yeni transferi: “Çalışacağıq ki, bu markanın şöhrətini geri qaytaraq”
UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” məşqlərini gündə bir dəfə olmaqla davam etdirir.
Futbolxeber.az saytının məlumatına görə, heyətini də gücləndirən ölkə çempionunun məqsədi elit-raunda vəsiqə qazanmaqdır.
Bosniya və Herseqovinanın Mostar şəhərində keçiriləcək oyunlarda təmsilçimizin rəqibləri şəhərin eyniadlı komandası ilə yanaşı, Serbiyanın “Loznika Qrad” və İsveçin “Orebro” komandaları olacaq.
“Araz-Naxçıvan”ın yeni hücumçusu Vitao azfutzal.az-a həm komandasının hazırlığını, həm də qrupdakı rəqibləri dəyərləndirdi:
“Mənim üçün çətindir, çünki fərqli ölkəyə gəlmişəm, yeni mədəniyyət, mentalitetlə tanış oluram. Eyni zamanda komandamız da yenidən qurulub. Bildiyim qədəri ilə ötən il çempion olan heyətdən 4-5 futzalçı qalıb, qalan oyunçularımız heyətə yeni cəlb edilib. Belə olan təqdirdə, adaptasiya olmaq çətinləşir. Ancaq hər birimiz peşəkar futzalçıyıq, ilk dəfə deyil ölkə xaricində çıxış edirik. Mən uzun müddət “Kayrat”da oynamışam, Qazaxıstandakı kimi, burada da futzalın sevildiyini bilirəm. Bizi niyə dəvət etdiklərini də anlayırıq, məsuliyyətimizi hiss edirik.
Hazırlığa gəldikdə, avqustda 10 günlük təlim-məşq toplanışımız oldu. Əla şərait yaradıldı. Komanda oteldə məskunlaşdı, hər gün iki məşq keçdik. Daha sonra gün ərzində bir, bəzən isə iki dəfə məşq edirik. Məşq prosesi çox intensiv keçir, baş məşqçi Alesio taktiki planda nələr etməli olduğumuzu anladır. Əlbəttə, hər birimiz üçün onun dedikləri yenidir. Çünki hər baş məşqçinin özünəməxsus taktiki tapşırıqları olur. Gördüklərimə əsasən deyə bilərəm ki, komandaya işlər yaxşı qurulub.
Rəqiblərimizə gəldikdə, qarşımıza konkret tapşırıq qoyulub - elit-raunda yüksəlmək. Bilirik ki, qrupdakı rəqiblərimiz də bizim kimi iddialıdır. Onlar da mərhələ adlamaq istəyindədirlər. Amma cəmi bir komanda mübarizəni davam etdirmək hüququ qazanacaq. İndi Avropada asan milli, klub yoxdur. Xüsusilə də klub yarışında çox inkişaf var. Hər kəs heyətini gücləndirib. Ancaq “Araz-Naxçıvan” da Avropanın sayılıb-seçilən, güclü klublarından biridir. Çalışacağıq ki, bu markanın şöhrətini geri qaytaraq, yenidən ən yüksək pillələrdə qərarlaşaq”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
11:00
"Turan" Çempionlar Liqasında növbəti oyununa çıxır
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
03.11.2026
02.11.2026
























