4 Noyabr 2026, Çərşənbə
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Digər idman növləri

Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub

Xankəndi şəhərində yeniyetmə oğlanlardan ibarət milli komandanın məşqçiləri Kotaro Sasaki və Asiman Allahverdiyev, həmçinin Azərbaycan Cüdo Federasiyasının Təhsil şöbəsinin eksperti Elçin Mayılovun rəhbərliyi ilə cüdo seminarı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, təlim zamanı iştirakçılara əyləncəli oyunlar vasitəsilə isinmə və koordinasiya hərəkətləri, eləcə də cüdonun əsas hazırlıq elementlərindən olan uçi-komi və naqe-komi üzrə çalışmalar etdirilib.

Seminarın texniki hissəsində ko-uçi-qari, o-uçi-qari və seoi-naqe fəndlərinin düzgün icra mexanizmi, giriş və tamamlanma mərhələləri izah olunub. İştirakçılar məşqçilərin nəzarəti altında bu texnikaları praktik olaraq tətbiq ediblər.

Seminarın əsas məqsədi uşaq və yeniyetmə cüdoçuların texniki bacarıqlarını təkmilləşdirmək, düzgün hərəkət vərdişlərinin formalaşdırılmasına dəstək olmaq və onların məşq prosesinə marağını artırmaq olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30