2 Noyabr 2026, Bazar ertəsi
"Sumqayıt" autsayderə qarşı
“Neftçi” liderliyi ələ keçirdi
Yuri Vernidubdan qələbə şərhi
Bekiri: "1 xal qazanmağa layiq idik"

Digər idman növləri

Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər

Azərbaycanın 16 yaşadək oğlan və qız voleybolçulardan ibarət milliləri Avropa çempionatının (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) I təsnifat mərhələsində mübarizə aparacaqlar

Futbolxeber.az saytının məlumatına görə, oğlanlardan ibarət U-16 millimiz Latviyanın paytaxtı Riqada mübarizə aparacaq. B qrupunda yer alan komanda Latviya və Finlandiya yığmaları ilə qarşılaşacaq. A qrupunda isə Polşa, Estoniya və Ukrayna komandaları çıxış edəcəklər.

Qızlar isə Estoniyanın Kaariku şəhərində mübarizə aparacaqlar. B qrupunda yer alan millinin rəqibləri Estoniya, Litva və Ukrayna kollektivləri olacaq. A qrupunda isə Polşa, Gürcüstan və Finlandiya komandaları çıxış edəcəklər.

Reqlamentə əsasən, qruplarda ilk üç yeri tutan komandalar yekun sıralama uğrunda mübarizə aparacaqlar. Qrup qalibləri (A1 - B1) finalda turnirin çempionunu müəyyənləşdirəcəklər. İkinci və üçüncü yerləri tutan komandalar isə müvafiq olaraq A2 - B2 və A3 - B3 qarşılaşmalarında üz-üzə gələcəklər.

A1 - B1 görüşünün qalibi 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.

Oğlanlar

19 noyabr

18:00. Latviya - Azərbaycan

20 noyabr

18:00. Azərbaycan - Finlandiya

Qızlar

19 noyabr

19:00. Estoniya - Azərbaycan

20 noyabr

16:00. Azərbaycan – Ukrayna

21 noyabr

19:00. Litva – Azərbaycan

Qeyd edək ki, yarışlar noyabrın 19-22-də keçiriləcək. Oyunların başlama saatları yerli vaxtla göstərilib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30