9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

Azərbaycan kubokunda yeni rekord

Futbol üzrə Azərbaycan Kubokunda yeni rekord qeydə alınıb.

Futbolxeber.az saytının Peşəkar Futbol Liqasına istinadən verdiyi məlumata görə, turnirin tarixində ilk dəfə eyni liqa təmsilçilərinin oyununda 12 və ya daha çox top fərqinə təsadüf olunub.

II Liqa klublarının I təsnifat mərhələsindəki duelində "Qaradağ Lökbatan" "Şəki"nin qapısından 12 cavabsız top keçirib.

1992-ci ildən keçirilən ölkə kubokunda 5-ci dəfə 12 topluq və ya daha böyük fərq qeydə alınsa da, bunadək heç vaxt eyni dəstədə çıxış edən klubların matçında belə fərq olmamışdı.

Ümumilikdə isə bu nəticə kubokda son 23 mövsümün rekordudur. Daha böyük fərqə sonuncu dəfə 2003/2004 mövsümündə rast gəlinib. "Şəfa" "Lider Qarabağ"ın qapısından 14 qol keçirib.

1997/1998 mövsümündə isə "Şəfa" eyni hesabla HHQ İK-ə qalib gəlib. Həm bu görüşlərdə, həm də indiki kimi 12:0 hesabının qeydə alındığı iki matçda da qalib komanda yüksək, rəqibi isə aşağı liqa təmsilçisi olub. 1997/98 mövsümündə "Qarabağ" "Naftalan"a, "Kür-Nur" "Babək-44"ə 12 cavabsız qolla qalib gəlib.

"Qaradağ Lökbatan"ın 12 qolundan ikisi həm də yubiley xarakteri daşıyıb. Matçdakı 9-cu top klub tarixinə kubokdakı 50-ci qol kimi düşüb. 31-ci oyununu keçirən komandanın yubiley qolunu 71-ci dəqiqədə Vüsal Alızadə vurub. Turnirdə 53 dəfə fərqlənən paytaxt təmsilçisi kubokda 50 və daha çox qol vuran 22-ci komandadır.

Evdə 12-ci kubok matçına çıxan komandanın 5-ci qolu öz meydanındakı 30-cu top olub və qarşılaşmanın sonunda bu rəqəm 37-yə yüksəlib. Turnirin tarixinə evdə ən azı 30 dəfə fərqlənən 21-ci komanda kimi düşən bakılıların yubiley qoluna 17-ci dəqiqədə Kamil Mahmudov imza atıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31