2 Noyabr 2026, Bazar ertəsi
"Sumqayıt" autsayderə qarşı
“Neftçi” liderliyi ələ keçirdi
Yuri Vernidubdan qələbə şərhi
Bekiri: "1 xal qazanmağa layiq idik"

Digər idman növləri

Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək

Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Azərbaycan Üzgüçülük Federasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən "Üzməyi öyrənək" layihəsi 2026-cı ilin noyabr-dekabr aylarında 8-ci dəfə təşkil olunacaq.

Futbolxeber.az saytının məlumatına görə, layihənin əsas məqsədi məktəblilərə üzgüçülük bacarıqlarını öyrətmək, onların suda təhlükəsiz davranış vərdişlərini formalaşdırmaq və sağlam həyat tərzinin təşviqinə töhfə verməkdir.

Layihə çərçivəsində 1-8-ci sinif şagirdləri məşqçilərin rəhbərliyi ilə üzgüçülük təlimlərinə cəlb olunacaqlar. Təlimlər bir ay müddətində ödənişsiz təşkil ediləcək. Layihənin ölkə üzrə 33 idman obyektində həyata keçirilməsi və 60 məktəbin iştirakı nəzərdə tutulur.

Məşğələlər zamanı şagirdlərə üzgüçülüyün əsas bacarıqlarının öyrədilməsinə, suda təhlükəsiz davranış vərdişlərinin aşılanmasına və onların idmana marağının artırılmasına xüsusi diqqət yetiriləcək.

Layihə "Kür" Olimpiya Tədris-İdman Mərkəzində, eləcə də Abşeron, Ağcabədi, Ağdaş, Balakən, Beyləqan, Biləsuvar, Cəlilabad, Gəncə, Goranboy, Göyçay, Göygöl, Hövsan, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qax, Qazax, Qəbələ, Quba, Qusar, Lənkəran, Neftçala, Oğuz, Saatlı, Salyan, Sumqayıt, Şəki, Şəmkir, Şirvan, Tərtər, Yevlax və Zaqatala Olimpiya İdman Komplekslərində baş tutacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30