16 Noyabr 2026, Bazar ertəsi
Millimiz Andorraya qarşı
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi

Ölkə futbolu

“Neftçi” 5 min manat cərimələndi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasının 7-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

“Araz-Naxçıvan” - “Kəpəz” oyununda hesab tablosu işləmədiyinə görə Naxçıvan klubu 2000 manat cərimə edilib.

“Neftçi” - “Sabah” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən rəqib komandanın futbolçusunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 5000 manat cərimə edilib.

Oyunda “Sabah”dan 4 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

"İmişli” - “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə İmişli klubu 2500 manat cərimə edilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30