Ölkə futbolu
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
“Şamaxı”nın yarımmüdafiəçisi Ayman Boualinin Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının 10-cu turunda “Neftçi”yə uduzdunuz. 2:3 hesablı məğlubiyyəti necə şərh edərdiniz?
- Çətin oyun idi. Çalışdıq ki, xal və xallar qazanaq. Təəssüf ki, yekunda məğlub olduq. Artıq növbəti matçları düşünməliyik.
- İki dəfə hesabı bərabərləşdirdiniz. Hesabda önə keçmək, qələbə qolunu vurmaq üçün nə çatışmadı?
- Bəzi səhvlərimiz oldu. Kollektiv olaraq məşqlərdə bütün çatışmazlıqlar üzərində işləyəcəyik. İnanıram ki, növbəti matçlarda daha yaxşı çıxış edəcəyik.
- Cərimə zərbəsindən baxımlı qola imza atdınız. Məşqlərdə bu cür zərbələrin üzərində xüsusi çalışırsınız?
- Bəli, məşqlərdən sonra əlavə olaraq cərimə zərbələrinin üzərində çalışıram. Çox şadam ki, bu dəfə zərbəm dəqiq alındı. Ümid edirəm ki, növbəti matçlarda yenə də cərimə zərbəsindən fərqlənə biləcəyəm.
- “Neftçi” ilə oyundan əvvəl rəqib futbolçu Qustavo Klismana ayın ən yaxşı qolunun müəllifi kimi mükafat təqdim olundu. Necə düşünürsünüz, bu stadionda növbəti dəfə belə bir mükafat “Neftçi”yə vurduğunuz qola görə sizə təqdim oluna bilər?
- Təbii ki, hər şey jurnalistlərdən, sosial mediadan asılıdır (gülür). Əgər bu qolla bağlı təbiğat aparılsa, qalib ola bilərəm.
- Daha əvvəl Azərbaycanda “Səbail”də forma geymişdiniz. Demək olar ki, “Şamaxı”dakı çıxışınız daha uğurlu alınır?
- Siz necə düşünürsünüz?
- Məncə, indi daha inamlı görünürsünüz.
- Əslində “Səbail”də də pis çıxış etmirdim. Ümumiyyətlə, Azərbaycanda oynamaq mənə xoşdur. Çempionat çox maraqlı keçir, yüksək səviyyəli futbolçular var. Bir sözlə, burada olmaqdan məmnunam.
- Məncə, “Səbail”dəki karyeranızın parlaq alınmamasına səbəb bir tərəfdən zədələr oldu, digər tərəfdən isə oynadığınız mövqe...
- Bəli, orada olarkən ciddi zədə aldım. Bərpa prosesim xeyli vaxt apardı. O ki qaldı mövqeyə, yəqin ki, vinger kimi yox, mərkəz hücumçusu mövqeyində oynamağımı nəzərdə tutursunuz.
- Elədir.
- Bunun da tarixçəsi var (gülür). Mən “Səbail”ə gəlməmişdən əvvəl “Ümraniyespor”da da bəzən mərkəz hücumçusu kimi çıxış etmişəm. “Qalatasaray”la kubok oyunumuz var idi. Həmin matçdan əvvəl mərkəz hücumçumuz zədələndi. Baş məşqçimiz də həmin mövqedə məni sınadı. “Qalatasaray”la görüşdə qol vurdum (sonradan həmin qol avtoqol kimi Barış Alperin ayağına yazıldı - İ.C.). “Səbail”in baş məşqçisi Şahin Diniyev də məni məhz həmin matçda bəyənmişdi. Ona görə də hücumun mərkəzində qərarlaşmağımı istəyirdi.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- U-20 millimiz Moldovaya uduzdu
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qəbələ” yaponlara məğlub oldu
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
09:00
"Sumqayıt" autsayderə qarşı
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
-
11:18
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
-
10:45
"Mançester Siti" öz meydanında uduzdu VİDEO
-
10:22
Toraldan qol ötürməsi, "Bursaspor"dan qələbə
-
10:09
Derbini "Milan" qazandı VİDEO
-
09:54
Rüfət oynadı, komandası heç-heçə etdi
-
09:31
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:17
Nəriman yenə ehtiyatda qaldı
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
-
20:12
Qurban Qurbanov adının “Fənərbaxça” ilə hallanmasına münasibət bildirdi
02.11.2026
01.11.2026
31.10.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |























