2 Noyabr 2026, Bazar ertəsi
"Sumqayıt" autsayderə qarşı
“Neftçi” liderliyi ələ keçirdi
Yuri Vernidubdan qələbə şərhi
Bekiri: "1 xal qazanmağa layiq idik"

Digər idman növləri

Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib

Bakıda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər Kuboku" keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, turnirin təntənəli açılış mərasimində Dövlət Himni səsləndirilib. Ardınca müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin əhəmiyyəti xüsusi vurğulanıb. Bildirilib ki, bu Zəfər dövlət başçısının qətiyyətli rəhbərliyinin, Ordumuzun qəhrəmanlığının, xalqımızın sarsılmaz birlik və həmrəyliyinin təcəssümüdür.

Azərbaycan Karate Federasiyası adından xalqımıza tarixi qələbə sevincini yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan xalqına, qəhrəman əsgər və zabitlərimizə dərin minnətdarlıq ifadə olunub. Vətən uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət dilənib, qazilərimizin göstərdikləri şücaət və fədakarlıq ehtiramla qeyd edilib.

Açılış mərasimində Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin üzvləri, idman ictimaiyyətinin tanınmış nümayəndələri, məşqçilər, idmançılar və digər qonaqlar iştirak ediblər.

Turnirdə müxtəlif yaş və çəki dərəcələri üzrə 300-ə yaxın yeniyetmə və gənc karateçi mübarizə aparıb.

Yarışın əsas məqsədi Zəfər Gününün tarixi əhəmiyyətinin gənc nəslə çatdırılması, onların vətənpərvərlik ruhunda tərbiyə olunması, həmçinin ölkəmizdə karatenin inkişafının və kütləviliyinin təşviq edilməsi olub.

Tədbir çərçivəsində idmanın inkişafında və gənclərin sağlam, vətənpərvər ruhda yetişdirilməsində xidmətləri ilə fərqlənən bir sıra şəxslər təltif olunublar.

Gərgin idman mübarizəsi şəraitində keçən turnirin yekununda qalib və mükafatçılara Zəfər Günü münasibətilə xüsusi hazırlanmış medallar, kuboklar və xatirə hədiyyələri təqdim edilib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30