3 Noyabr 2026, Çərşənbə axşamı
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

“Neftçi”dən əsrin rekordu

Azərbaycan Premyer Liqasının lideri “Neftçi” keçirdiyi 10 qarşılaşmada 25 qol vurub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu məhsuldarlıq “ağ-qaralar” üçün XXI əsrin rekordudur. Bakı klubunun mövsümün ilk 10 çempionat matçında ən azı 25 qol vurması sonuncu dəfə 2000-ci ildə qeydə alınıb. Paytaxt təmsilçisi 2000/01 mövsümünün müvafiq dövründə 28 qol vurub. Son 25 mövsümün ən yaxşı göstəricisinə imza atan “Neftçi” bundan əvvəlki 24 turnirin ilk 10 matçında da orta məhsuldarlıqda 2,50-yə çata bilməyib.

Qeyd edək ki, 1992-ci ildən keçirilən çempionatın tarixində ən yaxşı nəticə də “Neftçi”yə məxsusdur. Bakı təmsilçisi 1996/97 mövsümünün startında 10 oyunda 42 qola sevinib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30