10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

Viçko Şevel: “Rəqibdən daha yaxşı idik, 2 xal itirdik”

“Neftçi”nin yarımmüdafiəçisi Viçko Şevelin Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının 7-ci turunda “Sabah”la bərabərə qaldınız. Qolsuz heç-heçəni necə şərh edərdiniz?

- Vacib oyun idi. Hər iki tərəf qələbə qazanmaq istəyirdi. Yaxşı şanslarımız var idi. Təəssüf ki, dəyərləndirə bilmədik. Çox yaxşı çıxış etdik. 3 xal qazanmağıdımız üçün sevinə bilmirəm.

- Sizcə, “Neftçi” bu matçda 2 xal itirdi, yoxsa 1 xal qazandı?

- Qalib gəlməli idik. Rəqibdən daha çox qol epizodu yaratdıq. Xüsusən də matçın sonlarında 2-3 real şansımız oldu. Rəqib qapıçı lap sonda əla qurtarış etdi. Bütün bunları nəzərə alaraq, yəqin ki, 2 xal itirdik. Rəqibdən daha yaxşı idik.

- Matçın ikinci hissəsində meydanda gərginlik yaşandı. Həmin vaxt nə baş verdi, insident necə yarandı?

- Açığı, mən epizoda yaxın deyildim. Ona görə də mübahisənin əvvəlini dəqiq görə bilmədim. Bir qədər kənarda idim. İstənilən halda meydanda bu cür halların yaşanması heç də xoş deyil.

- Qarşıdan “Qarabağ”la oyun gəlir. Həmin matçdan gözləntiləriniz nədir?

- “Qarabağ”ın gücünü bilirik. Məqsədimiz qələbə qazanmaqdır. Bəli, rəqib güclü komandadır. Lakin biz də “Neftçi”yik. Hər matçda 3 xal qazanmaq istəyirik.

- “Sabah”, “Qarabağ”, ardınca da “Turan Tovuz”. “Neftçi”nin bu sıx qrafikə gücü çatacaq?

- Təqvim bu cür alınıb. Bəlkə də belə daha yaxşıdır. Yaxud da əksinə, arada nisbətən fərqli rəqiblə qarşılaşsaydıq, daha münasib ola bilərdi. İstənilən halda ciddi nəsə dəyişmir. Məqsəd 3 xal qazanmaqdır. Fərqi yoxdur bu komandalarla indi qarşılaşdıq, yaxud sonra.

- “Neftçi”yə yeni qoşulanlardansınız. Azərbaycan Premyer Liqasının səviyyəsini necə qiymətləndirirsiniz?

- Səviyyə çox yaxşıdır. Elə “Sabah”la matçımız da buna nümunə idi. Adaptasiyam yaxşı keçir. Düzdür, Şotlandiya ilə müqayisədə oyun tərzi fərqlidir. İnanıram ki, zamanla hər şey daha yaxşı olacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31