8 Oktyabr 2026, Cümə axşamı
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları
“Şahdağ Qusar”dan darmadağın

Ölkə futbolu

Azər Bağırov: “Turan Tovuz”a qarşı səfərdə oynamaq çox çətindir”

"Şamaxı" Azərbaycan Premyer Liqasının 2-ci turunda səfərdə "Turan Tovuz"la 0:0 hesablı heç-heçə edib.

Futbolxeber.az saytının məlumatına görə, qonaqların baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında qolsuz heç-heçəni belə şərh edib:

"Turan Tovuz"a qarşı səfərdə oynamaq çox çətindir. Çünki bu şəhər futbolla yaşayır. Matçdan əvvəl uşaqlara demişdim ki, yaxşı oyun olacaq. Mübariz komanda ilə qarşılaşdıq. Futbolçularım sona qədər tonusdan düşmədilər. Birinci hissədə 1-2 səhvimiz oldu. Amma ümumilikdə yaxşı oyun keçirdik. Komandamızı, azarkeşlərimizi ilk xal münasibəti ilə təbrik edirəm”.

“O, oyunun əvvəlində rəqib topu sizə verdi. Bunu gözləyirdiniz?” sualını belə cavablandırıb:

“Rəqibin oyununu təhlil etmişdik. Uzun toplar və standart vəziyyətlərdən daha çox oyun qururlar. Düşüncələrimizlə təhlillərmiz üstə düşdü. Düz oynamağın nəticəsində xal qazandıq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31