24 Noyabr 2026, Çərşənbə axşamı
Andrey Arşavin Bakıya gəlib
“Sumqayıt” Murata ilə vidalaşdı
Premyer Liqamızda yeni rekord
Vernidub qələbəni şərh etdi

Ölkə futbolu

“Sabah” - “Hapoel” oyununun hakimləri müəyyənləşdi

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Sabah” - “Hapoel” (Beer-Şeva) cavab oyununun hakim təyinatları açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşü rumıniyalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi İştvan Kovaç olacaq. Ona Mixay Marika və Ferents Tunyodi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sabolç Kovaç yerinə yetirəcək.

VAR hakimi almaniyalı Bastian Dankert, onun assistenti isə rumıniyalı Katalin Popa olacaq.

Qarşılaşma saat 20:45-də başlayacaq.

İlk matçda İsrail təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30