7 Oktyabr 2026, Çərşənbə
Millimiz FİFA reytinqində gerilədi
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi
Sefasın durumu nə yerdədir?

Ölkə futbolu

Rəşad Sadıqov: “5-6 futbolçu ilə danışıqlar aparırıq”

“Olduqca gərgin və maraqlı oyunun şahidi olduq. Xüsusən, ikinci hissədə sürətli oyun getdi. Çoxlu qol epizodları qaçırdıq. Futbolçular sona qədər inandılar, soyuqqanlı qaldılar meydanda. Son dəqiqələrdə əsas məsələ arxaya çəkilməmək idi. Belə də oldu. 2:1-dən sonra da hücum haqqında düşündülər. Bunun da nəticəsi olaraq 3-cü qolu vurduq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının ikinci turunda “İmişli”ni 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Mütəxəssis komandanın kapitanı Qismət Alıyevın arıdıcıl iki tur ehtiyatda qalmasına belə münasibət bildirib: “Bu, bizim sezon boyu planlaşdırdığımız bir məqam idi. Keçən mövsüm Qismət öz mövqeyində tək idi və o zədələndiyi halda çətinliklə üzləşirdik. Hazırda əlimizdə 3 cinah müdafiəçisi var və mövsüm boyu bu rotasiyalı şəkildə davam edəcək. Bu gün onun ehtiyatda olması, digər oyunçulardan zəif olması anlamına gəlmir. Hazırda da heyətlə bağlı əskiklərimiz var. Seleksiyalarımız davam edir. Danışıq apardığımız futbolçular da var. Mütləq şəkildə heyətimizi genişləndirməliyik. Konkret desək, 5-6 futbolçu ilə danışıqlar aparırıq. Hansı futbolçuların transfer olacağını yaxın zamanda görəcəyik. Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31