5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

“Decathlon”da “Neftçi”nin rəsmi mağazasının açılış mərasimi oldu

 “Neftçi”nin PFK-nın rəsmi mağazası bundan sonra “28 Mall”da yerləşən “Decathlon”da da fəaliyyət göstərəcək.

Futbolxeber.az saytının məlumatına görə, bu gün həmin məkanda “Neftçi Official Fan Store Corner”in açılış mərasimi olub.

Tədbirdə klubun rəsmiləri ilə yanaşı, futbolçular – Emin Mahmudov, Vensan Abubakar və Murad Məmmədov da iştirak ediblər. Sevimli komandalarının üzvləri ilə imza günündə görüşən azarkeşlər onlarla xatirə şəkilləri çəkdiriblər. Açılışa qatılan qonaqlara “Neftçi” PFK-dan xüsusi hədiyyələr də təqdim olunub.

Qeyd edək ki, bundan əvvəl “Neftçi”nin “Gənclik Mall”da yerləşən “GO Sport”da rəsmi mağazanın açılışı baş tutmuşdu.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31