10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

Saşa İliç: “Belə meydandansa, süni örtükdə oynamaq daha yaxşıdır”

"Meydança çox pis vəziyyətdə idi. Bu da bizim üçün problemlər yaratdı. Bəzi səhvlərimiz oldu və qol buraxdıq. Bizim daha yaxşı komandamız var. Sadəcə bəxtimiz də gətirmədi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Premyer Liqasının 4-cü turunda “İmişli” ilə oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:

- Texniki qələbə münasibəti ilə rəqibi təbrik etmək olar?

- Rəsmi məlumat yoxdur. Nəsə demək olmaz.

- Paytaxtdan ilk dəfə bölgəyə çıxdınız. Qubadakı ab-hava necə idi? Bu cür təbii örtüklü meydançadansa, Şamaxıdakı süni örtüklü meydançada oynamağa üstünlük verərdiniz?

- Belə meydanda oynamaq çox çətindir. Problemli meydandır. Əslində, belə meydanda oynamaqdansa, süni örtüklü meydanda oynamaq daha yaxşıdır. Amma buna mən yox, federasiya qərar verir. Gözəl kompleksdir. Lakin meydanın pis durumda olması, hər şeyi alt-üst edir.

- Mehdi Cənnətov topa çıxışlarda səhvə yol verir. Bununla bağlı tədbir görəcəksiniz?

- Mehdi çox təcrübəli qapıçıdır. Bu klubda da bir neçə mövsüm oynayıb. Futboldur da, səhvlər olur.

- Növbəti matçı evdə "Neftçi" ilə qarşılaşacaqsınız. Bu görüş "Sumqayıt" üçün prinsipial sayılır. Çünki rəqibin baş məşqçisi "Sumqayıt"dan ora gedib...

- "Neftçi" Azərbaycanın böyük klublarından biridir. Oyuna maksimum hazırlaşacağıq. Xüsusi prinsipiallıq yoxdur.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31