25 Sentyabr 2026, Cümə
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
“Şahdağ Qusar”dan 8 qollu qələbə
“Neftçi” Cavadovu təbrik etdi

Ölkə futbolu

“Neftçi” “Şamaxı” önünə ciddi itkilərlə çıxacaq

“Neftçi” Azərbaycan Premyer Liqasının 13-cü turunda qarşılaşacağı “Şamaxı” ilə matçın hazırlığını başa vurub.

Futbolxeber.az saytına klubun mətbuat xidmətindən verilən məlumata görə, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.

Komanda “Şamaxı” ilə matça ciddi itkilərlə çıxacaq. Mustafa Sek, Azər Salahlı, Alfa Konte, Andre Şinyaşiki və Filip Ozobiç zədə səbəbindən, Emil Səfərov isə cəzalı olduğu üçün sabah meydana çıxa bilməyəcəklər. Rəhman Hacıyevin oynaması isə sual altındadır.

Qeyd edək ki, noyabrın 8-də “Neftçi Arena”da baş tutacaq “Neftçi” - “Şamaxı” matçı saat 15:00-da başlanacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30