5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

Leandro Andrade: “Malmö” ilə matçda səhv etməməliyik, əks halda...”

“Tottenhem”ə qarşı pis oynamadıq. Amma yaxaladığımız şansları dəyərləndirə bilmədik. “Tottenhem” dünyanın ən güclü klublarından biridir. Bu rəqiblə matçda səhv edirsənsə, məğlubiyyət qaçılmazdır”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade deyib.

25 yaşlı futbolçu Azərbaycan Premyer Liqasının son turunda “Sabah” üzərində qazanılan qələbənin asan başa gəlmədiyini bildirib: “Oyuna yaxşı başladıq. Pressinq tətbiq edirdik. Yüksək dinamika nümayiş etdirdik. 3:0-dan sonra müəyyən səhvlərimiz oldu və rəqib bundam faydalandı. "Sabah" yaxşı komandadır. Onlarla görüşdə bu cür səhvlərə yol verməməlisən”.

Sıx qrafikdə oynamaqlarına baxmayaraq, Andrade bunu problem hesab etmir: “Düzdür, ardıcıl oyunlar keçiririk. Qrafikimiz sıxdır. Amma bunun öhdəsindən gəlməyə çalışırıq. Məşqlərdə hamımız çox yaxşı çalışırıq. Hazırda futbolçular fiziki baxımdan yaxşı səviyyədədirlər”.

O, sabah UEFA Avropa Liqasının ikinci turu çərçivəsində İsveç “Malmö”sünə qarşı keçiriləcək matçdan da söz açıb: “Oyuna hazırıq. Baş məşqçi kimə şans versə, o da əlindən gələni edəcək. “Malmö” ilə matçda səhv etməməliyik. Əks halda bunun acısını çəkə bilərik”.

Portuqaliyalı yarımmüdafiəçi qarşı onları iki çətin oyun gözlədiyini vurğulayıb: “Malmö”dən sonra çempionatda “Sumqayıt”la qarşılaşacağıq. Hər iki matç çətin keçəcək. Çünki istər Avroliqada, istərsə də Azərbaycan çempionatında zəif komanda yoxdur. İnanıram ki, bu matçlarda yaxşı nəticə qazanacağıq”.

Fərəc Aslanov








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31