26 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Avstraliyaya uduzdu
"Qarabağ" bir xalla kifayətləndi
Balayev(lər)in sual fobiyası... - YAZI
Kurban Berdıyev: “Xal itirdik”

Ölkə futbolu

Patrik Andrade: "Ümid edirəm ki, bu əməyimizin bəhrəsini avrokuboklarda görəcəyik"

"Qarabağ"ın futbolçusu Patrik Andrade klubun saytına açıqlama verib.
 
Futbolxeber.az saytının məlumatına görə, kabo-verdeli yarımmüdafiəçi bu gün başa çatan Avstriya toplanışı və hazırlıq çərçivəsində keçirilən son iki yoxlama oyunu barədə fikirlərini bildirib: “Hazırlıq prosesinin həm Bakı, həm Avstriyada gerçəkləşən mərhələsi planlaşdırdığımız şəkildə baş tutdu. Texniki heyət və futbolçular arasında anlaşma yüksək səviyyədə olduğundan toplanış da istədiyimi kimi keçdi. Hamımızın məqsədi eynidir. Çempionlar Liqasında uğura imza atmaq, Azərbaycanı və “Qarabağ”ın adını layiqincə təmsil etmək, azarkeşlərimizi sevindirmək istəyirik. Ümid edirəm ki, bu əməyimizin bəhrəsini avrokuboklarda görəcəyik. “Slaven” və “Şəbəb Əl-Əhli” ilə  matçlarda istədiklərimizin böyük hissəsini göstərə bildik. Öz oyunuma gəlincə, formamı bərpa etmək üzrəyəm və tezliklə istənilən səviyyəyə çatacam”.
 
Andrade komandanın məqsədinə toxunub və azarkeşlərə səslənib: “Hədəfimiz hər zaman olduğu kimi böyükdür. Hər kəs məqsədimizi bilir. Bunun üçün çalışırıq ki, istəyimizə çataq. Azarkeşlər həmişə bizi dəstəkləyiblər. Onları yenə arenaya gəlməyə və yanımızda olmağa çağırıram. Stadiona gəlin və hədəfimizə bir yerdə çataq”.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31