Ölkə futbolu
Ruan Renato: “Zirə” bu mövsüm tarix yazacaq” (MÜSAHİBƏ)
“Zirə”nin müdafiəçisi Ruan Renatonun Futbolxeber.az saytına müsahibəsi
- İlk 3 turdan sonra “Zirə” Premyer Liqanın vahid lideridi. Zirvədə qərarlaşmaq necə hissdir?
- Çempionat hələ yeni başlayıb və bizi qarşıda uzun mübarizə gözləyir, amma qələbə qazanmaq həmişə yaxşıdır. Belə gözəl şəkildə çempionata start verdiyimizə görə xoşbəxtik.
- “Zirə” bu tempi qoruya biləcək?
- Yaxşı oyunçularımız var, mükəmməl komandayıq. Amma komanda şəklində hələ ki ən yaxşı səviyyəmizə çatmamışıq. Günbəgün inkişaf edirik, qarşıda daha böyük hədəflər bizi gözləyir.
- Komandada yenisiniz. Adaptasiya prosesi necə gedir?
- “Zirə”yə çox yaxşı adaptasiya oluram. Bu məsələdə məşqçilər heyəti mənə çox kömək olur. Komandaya öyrəşmək çox asan oldu. Ümid edirəm ki, zaman keçdikcə bundan da yaxşısını edəcəm.
- Əksəriyyət cari mövsümün son illərin ən gərgin çempionatı olacağını proqnozaşdırır. Razısız bu fikirlə?
- İlk növbədə istərdim ki, bu, “Zirə”nin tarixində ən yaxşı mövsümü olsun. Buna inanıram. Bəli, komandaların gücləndiyini görürük, əksər kollektivlər yaxşı təşkilatlanıb. İnanıram ki, rəqabət səviyyəsi də artacaq. Bir sözlə, gözləntilərimiz yüksəkdir.
- Ümumiyyətlə, “Zirə"də əsas hədəfin nədir?
- Hədəfimiz həmişə qarşıdakı oyuna baxmaq, qələbələr qazanmaq, nailiyyət qazandığımızı görməkdir. Hər oyun daha da artıraraq, keçirdiyimiz hər matçda ürəklə oynayıb bütün gücümüzü ortaya qoyaraq, qələbələr qazanmağa davam edəcəyik.
- Baş məşqçi Rəşad Sadıqovla münasibətiniz necədir?
- Rəşad Sadıqova böyük hörmətim var. Azərbaycanda o, əfsanəvi futbolçudur. Onun meydanda çıxışları çox möhtəşəm olub, indi isə Rəşad Sadıqov məşqçi kimi meydanda tarix yazmaq istəyir. O, qələbəyə acdır, bu istəyi birbaşa bizə də təsir edir. Həm də Rəşad Sadıqov müdafiəçi olub, özüm də müdafiəçi olaraq ondan bacardığım qədər çox şey öyrənməyə cəhd göstərirəm.
- Müdafiəçi üçün əsas çətinlik hücum xəttində yer alan futbolçulardı. "Zirə"də və ümumən çempionatımızda hansı hücumların oyununu bəyənirsiniz?
- "Zirə"də əla hücumçular var və bu, mənə məşqdə həmişə çətinliklər yaradır. Çalışıram ki, məşqdə özümü yaxşı tərəfdən göstərim və onların qarşısını almaq üçün ən yaxşısını edim. Bu, mənə də onlara da çox kömək olur. Kulaç, Eldar, Rəhim, Filipe, Rüstəm, Salifu Suma hər oyunda bizi təəccübləndirirlər. Komandaya yaxşı qoşulublar. Onların hər biri mükəmməldir, bu mövsümdə bizə çox kömək olurlar. Çempionatımızda digər komandalarda da yaxşı oyunçular, hücumçular var. Əgər adlarını çəksəm, uzun bir siyahı tərtib etməliyəm. Hər oyunda onları dayandırmaq üçün çoxlu iş görürük. Buna görə də biz məşqlərdə öz üzərimizdə daim çalışırıq.
- "Zirə" azarkeşləri bu mövsüm komandadan nə gözləməlidirlər?
- Azarkeşlərimizi stadiona gəlib komandaya dəstək olmağa çağırıram. Söz verirəm ki, bu komandanın döyüşkən əhval-ruhiyyəsi heç vaxt sönməyəcək, bu baxımdan azarkeşlərimizin dəstəyi də bizim üçün vacibdir. Onlar meydandakı gücumüzə əlavə güc qatır. Biz bu mövsüm tarix yazacağıq. Başlanğıcdan sonadək yanımızda olsunlar.
- Sabiq klubunuz “Qəbələ” 3 turdan sonra xal qazana bilməyib. "Qəbələ"nin bu cür vəziyyətlə üzləşəcəyini gözləyirdiniz?
- Bəli, belə bir vəziyyətin olacağını təsəvvür edirdim. Əksər aparıcı futbolçuların gedişi klubda çətinliklər ortaya çıxarır, yeni oyunçuların adaptasiya məsələsi ortaya çıxır. İnanıram ki, "Qəbələ" bu situasiyadan xilas olacaq. Futbolçular öz oyun üslubunu tapandan sonra komanda şəklində turnir cədvəlindəki son pillədən yaxa qurtaracaqlar.
Azad NURİYEV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
14:15
Viçko Şevel: “Rəqibdən daha yaxşı idik, 2 xal itirdik”
-
13:46
III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub
-
13:01
AMADA Bakıdakı dünya çempionatında maarifləndirmə proqramı həyata keçirib
-
12:39
5 boksçumuz Avropa çempionatının finalına yüksəlib
-
11:57
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:43
Veronika Jilina Almatıda keçirilən yarışda 6-cı yeri tutub
-
10:14
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi VİDEO
-
09:52
Mahir Emrelinin komandası yenə xalsız qaldı
-
09:40
Dünya çempionatı: Bu gün dörd cüdoçumuz tatamiyə çıxacaq
-
09:30
"Qalatasaray" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:20
"Zirə" "Şamaxı"ya, "Sumqayıt" "Qəbələ"yə qarşı
-
23:53
Millimiz “Antalyaspor”a qalib gəlib
-
23:00
“Neftçi” xal itirdi VİDEO
-
22:35
Vernidub: “Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq”
-
21:29
"Neftçi” ən yaxın izləyicisi ilə oyunda xal itirdi
-
21:17
Orxan Məmmədov Qırğızıstan Futbol İttifaqının vitse-prezidenti ilə görüşdü
-
20:06
"Kəpəz"in "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:41
"Neftçi" - "Sabah": Heyətlər müəyyənləşdi
-
18:52
NBA-nın ulduzu “Atletiko”nun sahiblərində biri oldu
-
18:34
Dünyanın ən çox maaş alan məşqçisi oldu
-
18:18
Batut və tamblinq gimnastikası üzrə növbəti Azərbaycan birinciliyi keçiriləcək
-
18:00
Ölkə kubokunda 3700-cü qol vurulub
-
17:43
Səma Abbasova Avropa çempionatında finala yüksəlib
-
17:25
29 illik məhsuldarlıq rekordu təkrarlanıb
-
17:07
U-15 millimizin toplanışı olacaq
-
16:53
Azərbaycan kubokunda yeni rekord
-
16:39
Azərbaycan kubokunda I mərhələyə yekun vuruldu
-
16:06
III Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
-
15:51
Kiçik kənddə böyük futbol VİDEO
-
15:22
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
-
14:44
“Neftçi” azarkeşləri üçün matçdan öncə fan zona təşkil olunacaq
-
14:18
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
-
13:30
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
-
12:53
AMADA "Kəpəz" üçün seminar keçirib
-
11:45
Bakı klubu amerikalı legionerlə gücləndi
-
11:27
Olise “Bavariya” tarixinin ən yüksəködənişli futbolçusu ola bilər
-
11:09
Avropa çempionatı: Daha 6 boksçumuz yarımfinalda
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:16
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
-
09:52
PFL "Ayın qolu"nun müəllifini mükafatlandırıb
-
20:16
III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib
-
19:58
AFFA nümayəndəsinə UEFA-dan təyinat
-
19:21
Azərbaycan cüdoçularından tarixi rekord
-
19:00
Fətiyev bürünc medal qazandı
-
18:13
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır
-
17:37
“Səbail” qələbəni əldən verdi
-
16:49
Azərbaycan kubokunda daha 3 komanda mərhələ adladı
-
16:22
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
-
15:55
Milli Xalça Muzeyində cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi açılıb
-
15:16
VII turun hakim təyinatları
10.10.2026
09.10.2026
08.10.2026
























