9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

“Qarabağ” dünya reytinqində gerilədi

“Qarabağ” klubların dünya reytinqində ötən ayla müqayisədə daha 3 pillə geriləyib.

Futbolxeber.az saytının məlumatına görə, Ağdam klubu siyahıda 72-ci yerə düşüb.

Qurban Qurbanovun 84,6 reytinq xalına malikdir. Bununla belə, “Qarabağ” cədvəlin ilk “100-lüy”ündə özünə yer tapan yeganə Azərbaycan komandası olaraq qalmaqdadır.

Azərbaycan Premyer Liqasında çıxış edən digər klubların da mövqeləri bəlli olub. “Neftçi” (77,7) 239-cu, “Sabah” (76,2) 295-ci, “Qəbələ” (72,0) 644-cü, “Zirə” (71,9) 651-ci, “Turan Tovuz” (68,3) 1120-ci, “Şamaxı” (66,2) 1474-cü, “Kəpəz” (66,1) 1490-cı, “Sumqayıt” (65,6) 1574-cü, “Səbail” (64,5) isə 1811-ci yerdə qərarlaşıblar.

13 660 komandanın yer aldığı cədvəldə ikihakimiyyətlilik var. Almaniya təmsilçisi “Bavariya” ilə İngiltərə “Mançester Siti”si eyni xalla (100 xal) liderliyi bölüşdürürlər. İtaliya klubu “Napoli” (98,0) üçüncü pillədə yer alıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31