7 Aprel 2026, Çərşənbə axşamı
"Qarabağ" 7 qolla qalib gəldi
Hamı yaxşı, bircə Əliyar pisdir?
"Neftçi" "Sumqayıt”ı məğlub etdi
Azər Bağırov: "Uduzacağımızı gözləyirdim"

Ölkə futbolu

Mütəllimovla Seydiyev üçün əlamətdar səfər

“Sabah”ın futbolçuları Tellur Mütəllimov və Amin Seydiyev Premyer Liqada yubiley qeyd edib. 

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu, Azərbaycan Premyer Liqasının XX turunda baş verib. “Qəbələ” ilə səfər matçı (3:0) Tellurun 150-ci, Aminin 100-cü çempionat oyunu olub.

Onların hər ikisi vaxtilə formasını daşıdıqları kluba qarşı görüşdə yubiley qeyd edib. İkinci hissədə meydana daxil olan Mütəllimov məhz Seydiyevi əvəzləyərək yubileyləri qoşalaşdırıb. Onların hesabında müvafiq olaraq 13 və 3 qol var.

İlk oyunu 2015/16 mövsümünə təsadüf edən Tellur “Zirə”də 63 oyunda 4, “Qəbələ”də 24 matçda 5, “Sumqayıt”da 49 görüşdə 4 qol vurub. O, indiki komandasında 14 dəfə şans qazanıb.

Debütü 2018/19 mövsümündə reallaşan Amin “Qəbələ”də 31 oyunda 1, “Sabah”da 69 matçda 2 qola imza atıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30