9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

AFFA rəsmiləri U-17-nin üzvləri ilə görüşüb

AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov və baş katib Sərxan Hacıyev 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, Milli Komandaların Məşq Mərkəzində təşkil olunan görüşdə AFFA rəsmiləri millimizə Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarda uğurlar arzulayıb.

Komandanın baş məşqçisi Elxan Abdullayev AFFA rəsmilərinə təşəkkür edib, seçmə mərhələdə uğurlu nəticə əldə etmək üçün çalışacaqlarını bildirib. AFFA rəsmiləri görüşdən sonra milli komandanın Bakıda keçirilən son məşqini izləyiblər.

Qeyd edək ki, U-17 Avropa çempionatının seçmə mərhələsində oktyabrın 24-də Ukrayna, 27-də Bosniya və Herseqovina, 30-da isə Lixtenşteyn yığması ilə qarşılaşacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31