3 Iyun 2025, Çərşənbə axşamı
“Neftçi” qızıl medallara qovuşdu
Lionel Messi millimizi təbrik edib
Quliyevdən çempionluq şərhi
Minifutbol millimiz dünya çempionu oldu

Ölkə futbolu

“Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyası 30-a çatdı

“Qarabağ”ın Azərbaycan çempionatlarındakı məğlubiyyətsiz oyunlar seriyası 30-a yüksəlib.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, seriya yubiley həddinə Premyer Liqanın XI turunda çatıb.

Qurban Qurbanovun yetirmələri “Turan Tovuz”la ev matçında 3 cavabsız qolla qalib gəlib. Cari mövsümün 10 matçının hamısında qələbə qazanan “Qarabağ” ötən çempionatı ardıcıl 20 görüşdə uduzmamaqla başa vurub.

Ağdam klubunun son məğlubiyyəti 2021-ci il oktyabrın 25-nə təsadüf edib. Səfərdə “Səbail”ə 1:3 hesabı ilə uduzan bölgə təmsilçisi bu müddətdə 26 qələbə qazanıb, 4 heç-heçə edib.

Seriya dövründə 90 qol vuran “Qarabağ” 16 top buraxıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30