21 Avqust 2026, Cümə
Qurban Qurbanovdan qələbə şərhi
"Qarabağ" "Tvente"ni məğlub etdi
“Sabah” "Hapoel"ə məğlub oldu
“Səbail” “Sakaryaspor”la heç-heçə etdi

Ölkə futbolu

“Neftçi”dən Emin Mahmudovun transferi xəbərinə rəsmi münasibət

“Emin Mahmudovla bağlı “Neftçi”yə heç bir təklif gəlməyib”.

Bunu Futbolxeber.az saytına açıqlamasında “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev deyib.

Klub rəsmisi bildirib ki, təcrübəli yarımmüdafiəçinin mövsümün sonuna kimi “Neftçi” ilə müqaviləsi var:

“Eminin klubla mövsümün sonuna kimi müqaviləsi var. İndidən onunla yeni sözləşmə imzalanıb-imzalanmayacağı barədə nəsə deyə bilmərəm. Hazırkı məqamda Emin “Neftçi”nin futbolçusudur və onunla bağlı heç bir klubdan şifahi, yazılı təklif almamışıq”.

Qeyd edək ki, Britaniya mətbuatında Şotlandiyanın "Harts" klubunun Emin Mahmudovu transfer etmək istədiyi barədə xəbərlər yayılıb.
 

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31