10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

Aleksey Baqa: "Futbolçularımın oyuna münasibətindən razı qaldım"

"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində "Bandırmaspor"la heç-heçə etdikləri (2:2) yoxlama matçı haqqında fikirlərini bölüşüb.

Futbolxeber.az-ın məlumatına görə, 41 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında deyib:

“Öz liqasında yüksək yerlər uğrunda mübarizə aparan güclü komanda ilə maraqlı qarşılaşma alındı. Heytində səviyyəli legionerin də yer aldığı güclü kollektivə qarşı oynadıq. İlk yoxlama matçı olmasına baxmayaraq, futbolçularımın oyuna münasibətindən razı qaldım. Azərbaycanda keçirdiyimiz yoxlama oyunlarını unudub burdakı matçlara köklənmişik. Baxımlı qollar vurduq, bəzi imkanları boşa verdik. Öz qapımızda da qollar gördük. Belə deyim, çox məhsuldar qarşılaşma oldu. Hesab məni o qədər maraqlandırmır. Futbolçuların əzmkarlığı, oyuna yanaşması mənə qane etdi. Düşərgəmizdə yeni oyunçular var. Futbolçularımız onların qısa vaxtda kollektivə uyğunlaşması üçün yardım edirlər ki, bu da oyunda özünü göstərir”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31