9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

Konfrans Liqası: “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi

UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılır.

Futbolxeber.az saytının məllumatına görə, püşk zamanı  Avropa Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək "Neftçi" - HİK cütünün məğlubu və Konfrans Liqasının 3-cü təsnifat mərhələsində oynanılacaq "Qarabağ" - AEL cütünün qalibinin potensial rəqibləri bəlli olub.

“Neftçi” - HİK cütünün məğlubu Konfrans Liqasının pley-off mərhələsində “Makkabi” (Hayfa, İsrail) - "HB Torşavn" (Farer adaları) cütünün qalibi ilə qarşılaşacaq. Məğlub komanda ilk oyununu evdə keçirəcək.

"Qarabağ" isə mərhələ adlayacağı təqdirdə, "Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək və ilk görüşünü evdə oynayacaq.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları 19 avqust, cavab görüşləri isə 26 avqust tarixlərində keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31