26 Fevral 2026, Cümə axşamı
XXII turun hakim təyinatları
Millimiz Moldovaya qalib gəldi
Bu dəfə minimal məğlubiyyət
Kurban Berdıyevdən qələbə şərhi

Ölkə futbolu

“Neftçi” "Dinamo"nu məğlub etdi

“Neftçi" bu gün Çempionlar Liqasında mübarizəyə başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, paytaxt təmsilçisi 1-ci təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubu ilə qarşılaşıb.

7 illik fasilədən sonra ÇL-də qüvvəsini sınayan "ağ-qaralar" səfərdə 2:1 hesablı qələbə qazanmaqla növbəti mərhələyə yüksəlmək üçün çox yaxşı şans qazanıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 14-də Bakıda keçiriləcək. Bu cütün qalibi 2-ci təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gələcək. Məğlub tərəf isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.

Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyunu

7 iyul

"Dinamo" (Tbilisi, Gürcüstan) - "Neftçi" (Azərbaycan) 1:2

Qollar: Namik Ələskərov, 23 (0:1), Maruşiç, 36 (1:1), Emin Mahmudov, 57-pen (1:2)

Baş hakim: David Fuksman (İsrail)

Tbilisi. Boris Payçadze adına “Dinamo Arena”

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28