10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

"Qarabağ"ın şikayəti təmin olundu, “Neftçi”nin cəzası yüngülləşdirildi

AFFA Apellyasiya Arbitraj Tribunalı "Neftçi" və "Qarabağ"ın şikayətinə baxıb.

Futbolxeber.az-ın assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisinin şikayəti tam, paytaxt klubunun şikayəti isə qismət təmin edilib.

“Qarabağ” İntizam Komitəsinin (İK) fevralın 23-də kluba təyin etdiyi 3000 manat cərimədən azad olunub. Son ölkə çempionu fevralın 19-da "Sumqayıt"la qolsuz başa çatan XVI tur oyununda serbiyalı yarımmüdafiəçisi Uroş Matiçin futbol formasında standartlar pozulduğu üçün cərimələnmişdi. Kluba bu hala təkrar yol verməməsi ilə bağlı xəbərdarlıq edilib.

"Neftçi"nin martın 3-də "Sabah"la XVII tur matçı zamanı "Bakcell Arena"da işıqlar söndüyü üçün kluba tətbiq edilən cərimənin məbləği azaldılıb. Cərimə yüngülləşdirici hallar nəzərə alınmaqla 4000 manatdan 1000 manata endirilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31