4 Oktyabr 2026, Bazar günü
Milli komandamız Litvaya qarşı
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

Samir Abasov: "Bütün şanslarımızı itirdik"

"Məncə, bugünkü oyun bütün suallara aydınlıq gətirdi. Çempionatda medalçı yerlərdən birini tutmağa bütün şanslarımızı itirdik. Şansımız yalnız kuboka qalıb. Ona görə əsas futbolçularımıza istirahət vermişdik. Ancaq bu, o demək deyil ki, bura Qəbələyə uduzmağa gəlmişdik. Az oynayanlara baxmaq, siqnalı almaq istəyirdik və bu, yetərincə oldu".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 25-ci turunda "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, hələ kubokda şanslarını qoruduqlarını bildirib: “Kimlərlə hara gedəcəyik, kimlərlə yollarımızı ayıracağıq, bu haqda bizə məlumat verdilər. Hələ kubok şansımızı qoruyuruq. "Sumqayıt"la çətin oyunlarımız var. Rəqibimiz 1 gün əvvəl oynadı. Üstəlik, biz səfərdə çıxış etdik, hələ yol gedəcəyik".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31