30 May 2025, Cümə
Millimiz İngiltərəyə qalib gəldi
Mustafazadə final oyunu haqda
“Difai” I Liqadakı yerini qorudu
Konate rəsmən “Zirə”də

Ölkə futbolu

"Qəbələ" - "Zirə": 18-ci duel

"Qəbələ" Azərbaycan Premyer Liqasının 25-ci turunda evdə "Zirə"ni qəbul edəcək.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu qarşılaşma iki komanda arasında 18-ci duel olacaq.

İndiyədək keçirilən 17 oyunda “Qəbələ” 6 qələbə qazanıb və 7 heç-heçə edib. Paytaxt təmsilçisi isə 4 dəfə qalib gəlib. Top fərqində də “qırmızı-qaralar” üstündür - 23:15.

Əyalət təmsilçisinin qollarına 14 futbolçu və avtoqol müəllifi olan rəqib oyunçu imza atıb. Aleksey Qay “Zirə”ylə görüşlərdə hamıdan çox - 4, Ermin Zets 3 qol vurub.

Əvvəlki 17 oyundan ikisi kubok, 15-i Premyer Liqa çərçivəsində baş tutub. Çempionatdakı matçlarda rəqiblər hərəyə 4 dəfə qalib gəlibsə, 5 dəfə sülhlə ayrılıblar. Bu oyunlarda "qırmızı-qaralar" 16 qol vurub, 13-nü buraxıb.

Xatırladaq ki, aprelin 19-da keçiriləcək “Qəbələ” - “Zirə” matçı saat 16:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31