10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

"Qəbələ"dən beş cavabsız qol

“Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarını keçiriblər.
 
Futbolxeber.az saytının məlumatına görə, bölgə klubunun təmsilçiləri AFFA-nın təşkil etdiyi liqalarda meydana çıxıblar.
 
Gənclər Liqasının lideri olan U-19 səfərdə “Sabah”la görüşüb. “Qırmızı-qaralar” 5 cavabsız qolla qələbə qazanıb. 16 matçda 42 xal toplayan komanda liderliyini möhkəmlədib.
 
U-16 səfərdə “Keşlə”nin qonağı olub. “Qəbələ” 4:2 hesablı qələbə qazanıb. 17 oyunda 43 xal toplayan “qırmızı-qaralar” yarışın lideridi.
 
“Qəbələ” U-15 Liqasında “Sumqayıt”ı qəbul edib. “Qırmızı-qaralar” böyük hesabla qalib gəlib - 6:1. 14 görüşdə 36 xal toplayan komanda liderliyə şərik olsa da, əlavə göstəricilərə görə 3-cüdü. Paytaxt zonasında çıxış edən U-14 də “Binə” ilə qarşııaşıb. 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” 14 matçdan sonra 32 xalla 2-cidir. Eyni zonada mübarizə aparan U-13 isə “Qarabağ”a uduzub – 1:3. 15 oyundan sonra hesabında 20 xal olan “Qəbələ” 8-ci sırada qərarlaşıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31