Ölkə futbolu
"Anar müəlimdən üzr istədim"
"Simurq"un kapitanı Rasim Ramaldanov klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Rasim, ilk öncə “Kəpəz”lə oyunun fasiləsin nə baş vermişdi? Həmin hadisəyə aydınlıq gətirərdin.
- Gəncə təmsilçisi ilə oyun bizim üçün çox gərgin keçdi. Çünki istədiyimiz oyunu sərgiləyə bilmirdik və bu bizdə əsəbi durum yaratmışdı. Təbii ki, hesabda geri düşməyimiz rəhbərliyində ürəyincə olmayan göstərici idi. Fasilədə klub prezidenti paltardəyişmə otağına daxil oldu. Komandanın oyunundan çox narazı idi və bu səbəbdən kapitan olaraq məni danladı. Həmin anda mən də hisslərimi cilovlaya bilmədim və buna reaksiya verdim. Bu da rəhbərliyin təbii ki, xoşuna gəlmədi və məni cəzalandırdı.
- Mətbuatda isə sənin danışdıqlarından fərqli xəbərlər yazılırdı. Bu haqda nə deyə bilərsən?
- Bəli, düz qeyd edirsiz. Bu səbəbdəndə mən, bu məsələ haqqında danışmaq istərmirdim. Kim hardan nə eşidirdisə, üstünə əlavələrində qoyub yazırdı. Guya ki, mən klub prezidentinə əl qaldırmışam. Bu cür yazanlara demək istərdim ki, birincisi Rasim o cür tərbiyə yiyəsi deyil ki, klub prezidenti ilə əlbəayaqa olsun. İkincisi də Anar müəllim klub rəhbəri olaraq, komanda da hər bir futbolçu ilə gözəl münasibətlərə malikdir, o cümlədən mənimlə. İstənilən şəxs qarşılaşdığı problemi açıq şəkildə prezidentə söyləyə bilir və o, bacardığı qədər köməklik edir. Ona görə bir daha bildirirəm ki, bu hadisə haqqında yazılan informasiyaların əksəriyyəti yalandan ibarət idi. Hər şey necə olmuşdu mən bayaq bildirdim.
- Bu gün klubun rəhbərliyi ilə yenidən bir araya gəldin. Son olaraq sənin haqqında nə qərara gəlindi?
- Mən bundan öncə də, Anar müəllimlə görüşmüşdüm. Sonuncu dəfə Zaqatalada “Qarabağ”la oyundan sonra söhbət etmişdik. Bu gün yenidən onun qəbuluna getdim və söhbət elədik. Görüş zamanı bildirdim ki, həmin zaman nəticəyə görə məndə əsəbi olmuşam və iradlarınıza belə reaksiya vermişəm. Buna görə də Anar müəlimdən üzr istədim. O da hər şeyi anlayışla qarşıladı və mənim yenidən komandanın düşərgəsinə qoşulmağıma razılıq verdi. “Simurq” mehriban bir ailədir. Elə bir ailədə yoxdur ki, orada nə vaxtsa söz-söhbət olmasın. Bizdə də bu cür oldu. Oturub hər şeyi müzakirə etdik və ortaq məxrəcə gəldik. Əsas odur ki, indi hər şey artıq qaydasındadır. Sabah Zaqatalaya yola düşürəm və komandanın məşqlərinə qoşulacam. Bizi qarşıda ağır və çətin oyunlar gözləyir. Bu görüşlərdə mütləq yaxşı nəticələr qazanıb, məqsədimizə çatmalıyıq.
- Bizi qarşıda “Bakı” ilə növbəti çətin sınaq gözləyir. Bu qarşılaşmada “Simurq”un şanslarını necə dəyərləndirirsən?
- Cəzalı olmağım, daha sonra yığma komandanın düşərgəsində olduğumdan komandanın son məşqlərində iştirak edə bilmirdim. Ancaq hər gün onlardan xəbər alırdım. Bildiyimə görə çox yüksək əhval-ruhiyyədə hazırlıqları davam etdirirlər. Premyer Liqada yaranmış fasilədən istifadə edərək Gürcüstanda qısa müddətli təlim-məşq toplanışı keçdilər və burada “Dila” kimi güclü komandanı minimal hesabla məğlub etdilər. Sabahdan məndə onlara qoşulacam. İnanıram ki, “Simurq” bu dueldən qalib ayrılan tərəf olacaq.
- Milli komandanın son iki oyunu haqqında nə deyərdin?
- Fikrimcə hər iki görüşdə pis çıxış etmədik. Luksemburq o qədər də zəif komanda deyil. Üstəlik doğma meydan amili köməklərinə çatdı. Bizdə ələ düşən qol vəziyyətlərindən yararlana bilmədik və nəticədə səfərdən qolsuz heç-heçə ilə qayıtdıq. Portuqaliya ilə görüşdə isə ilk hissədə yaxşı oyun nümayiş etdirdik. Ancaq fasilədən sonra hakimin qərəzli qərarından sonra meydanda bir nəfər az qaldıq. Bu da komandanın oyununa təsir göstərdi. Təbii ki, 10 nəfərlə Portuqaliya kimi güclü rəqibə qarşı mübarizə aparmaq çox çətindir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Nuriyev Macarıstan klubunda
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- II turun hakim təyinatları açıqlandı
-
18:43
“Bütün diqqətimiz “Qarabağ”a qarşı oyundadır”
-
18:29
“Tvente”nin baş məşqçisi: “Sabah bizim son şansımızdır”
-
17:56
Sona Ağayeva Cənubi Koreyada dünya çempionatında mübarizə aparacaq
-
17:12
“Şəfa”ya texniki məğlubiyyət verildi
-
16:35
Perin “Yuventus”dan getdi
-
16:04
Vaqif Cavadov Bakıda "Tvente"ni ziyarət edib
-
15:41
“Mançester Siti”dən növbəti transfer
-
15:27
AFFA "Neftçi" və "İmişli"ni cərimələdi
-
14:58
"İmişli" 1 ay əvvəl transfer etdiyi futbolçu ilə yolları ayırdı
-
14:00
Qurban Qurbanov: “Təhlükə bizim hesabda öndə olmağımızdır”
-
13:13
“Sabah” artıq 20 milyon avrodan çox qazanıb
-
12:39
"Neftçi" Kurçi ilə yollarını ayırdı
-
12:26
Kişi boksçulardan ibarət millimiz Gürcüstanda təlim-məşq toplanışı keçəcək
-
11:42
"Karvan-Yevlax"dan növbəti transfer
-
11:05
Prezident İlham Əliyev "Sabah"ı təbrik etdi
-
10:54
Millimizin sabiq baş məşqçisi işsiz qaldı
-
10:31
Azərbaycan UEFA reytinqində Sloveniyanı geridə qoydu
-
10:17
"Gəncə" amerikalı basketbolçunu heyətinə cəlb edib
-
10:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
23:21
“Sabah” ÇL-in Liqa mərhələsində!
-
20:57
“Turan Tovuz” azarkeşlərindən Rəhim Həsənova etiraz: #baximvariniza FOTOLENT
-
20:22
"Sabah" - "Hapoel": Heyətlər açıqlandı
-
19:38
I Liqada 2 turun oyun cədvəli açıqlandı
-
18:16
Yeniyetmə stolüstü tennisçilər Şəkidə təlim-məşq toplanışında
-
17:54
"Tvente" "Qarabağ"la oyuna itkilərlə çıxacaq
-
17:21
Çimərlik güləşi üzrə beynəlxalq yarışlara qatılacaq millilərimizin heyəti
-
16:43
Azərbaycanın iki ağırlıqqaldıranı Avropa birinciliyində 5-ci və 6-cı yeri tutub
-
16:30
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
-
16:15
Valentin Buliçev Bakıda məşqçilərlə növbəti görüş keçirib
-
15:59
Badmintonçuları beynəlxalq turnirdə 17 medal qazanıblar
-
15:27
"Xankəndi" də legioner transfer etdi
-
15:02
"Qarabağ"dan zədəlilərlə bağlı açıqlama: "Əməliyyat olunacaq"
-
14:48
Üzgüçülük Federasiyası beynəlxalq eksperti əməkdaşlığa cəlb edib
-
14:36
Cüdo millimiz Vətənə iki medalla qayıdıb
-
14:14
AMADA əməkdaşının həmmüəllifi olduğu kitab fəsli nüfuzlu “Springer” elmi nəşrində çap olunub
-
13:51
Hondanın yeni klubu bilindi
-
13:24
Roi Kehat: “Hapoel”in “Sabah”ı keçmək şansı 60 faizdir”
-
13:03
"Gəncə" iki voleybolçu ilə müqavilə bağlayıb
-
12:35
“Sabah”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
-
12:19
Ozobiçin yeni klubu bilindi
-
12:00
“Qarabağ” - “Tvente”: Stadionun kassalarında bilet satışı oyuna 1 saat qalmış dayandırılacaq
-
11:42
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:28
"Neftçi"nin 90 illiyidir, çempion olmaq istəyirik"
-
11:17
“Qarabağ”la oyun öncəsi “Tvente”də yeni müqavilə
-
10:56
"Roma"dan darmadağın VİDEO
-
10:34
“Sabah” - “Hapoel” oyununa 27 ölkədən bilet alınıb
-
10:21
"Çelsi" 3 xalı 3 qolla qazandı VİDEO
-
10:03
“Traktor” itkisiz irəliləyir
-
09:45
"Latsio"dan səfər qələbəsi VİDEO
-
23:39
“Səbail” Boluda son yoxlama oyununu keçirib
26.08.2026
25.08.2026
24.08.2026
























