25 Avqust 2026, Çərşənbə axşamı
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Ölkə futbolu

Bentu yenə hörmətsizlik etdi

 

Azərbaycan - Portuqaliya oyunundan insident yaşanıb. Futbolxeber.az-ın məlumatına görə, qonaqların baş məşqçisi Paulo Bentu keçirdiyi mətbuat konfransında onun Portuqaliya dilində səsləndirilən fikirlərinin Azərbaycan dilinə tərcümə olunmasına imkan verməyib. Əvvəlcə Portuqaliya Futbol Federasiyasının mətbuat xidmətinin rəhbəri üzrxahlıq edərək bildirib ki, Bentunun fikirləri Azərbaycan dilinə tərcümə olunmasın. Lakin azərbaycanlı jurnalistlər buna etirazlarını bildiriblər. Onlar qeyd ediblər ki, hələ oyundan bir gün əvvəl keçirilən mətbuat konfransında da Portuqaliya tərəfi jurnalistlərə eyni hörmətsizliyi edib. Təkidlərinin bir nəticə vermədiyini görən yerli jurnalistlər mətbuat konfransının keçirildiyi zalı tərk ediblər.

Portuqaliya Futbol Federasiyasının nümayəndəsi Azərbaycan tərəfinə bu hörmətsizliyin səbəbini onunla izah edib ki, Portuqaliya televiziyası mətbuat konfransından canlı yayım təşkil etdiyi üçün onlar fikirlərinin Azərbaycan dilinə tərcümə olunmasına razı deyillər.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31