9 Oktyabr 2026, Cümə
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları
“Şahdağ Qusar”dan darmadağın

Ölkə futbolu

İtaliyalı qolkiper "Qarabağ"a gələcək?

"Peskara"nın qapıçısı Vinçenzo Fiorillo “Qarabağ”ın təklifini qəbul etməyib.
 
Futbolxeber.az-ın məlumatına görə, italiyalı kiper şəxsi “instagram” hesabında bu barədə məlumat verib. Təklifə görə Ağdam klubuna təşəkkür edən Fiorillo pulun onun üçün hər şey olmadığını bildirib:
 
"Mənim yalnız bir, doğrusu isə 2 arzum var: A seriyasına qayıtmaq və orada bu forma ilə əvvəldən axıra kimi oynamaq. Bəlkə nə vaxtsa kapitan da olaram. Bütün gücü ilə məni inandırmağa çalışdığı üçün “Qarabağ”a təşəkkür edirəm. Ancaq düşünürəm ki, indiki məqamda pul mənim üçün hər şey demək deyil”.
 
"Qarabağ”ın “Peskara” ilə 1 illik müqaviləsi qalan Forilloya görə 600 min avro təzminat ödəyəcəyi və 28 yaşlı qapıçının Ağdam klubu ilə 2 illik sözləşmə imzalayacağı bildirilmişdi.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31