25 Avqust 2026, Çərşənbə axşamı
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Ölkə futbolu

Xaqani Məmmədov Lüksemburqla oyuna qiymət verdi: "Buna da şükür"

 

"Hesab edirəm ki, millimiz Lüksemburqa qarşı normal oynadı. Düzdür, komandamız bundan da yaxşı oynaya bilərdi. Amma bu futboldu və oyunda istənilən nəticə qeydə alına bilər". Bu sözləri Futbolxeber.az saytına verdiyi açıqlamada millimizin keçmiş üzvü Xaqani Məmmədov deyib.

Veteran hücumçu qeyd edib ki, yığmamız Lüksemburqda 1 xal qazanmayıb, əksinə 2 xal itirib: "Düşünürəm ki, yığmamız səfərdə 1 xal qazanmadı, əksinə itirdi. Təbii ki, hər birimiz istərdik ki, komandamız qələbə qazansın. Amma olmayan yerdə buna da şükür".

Xaqani Məmmədov yığmamızın bu gün Portuqaliyaya qarşı keçirəcəyi oyundan da söz açıb: "Millimizə inanıram. Komandada özünəinam var. Portuqaliya ilə görüşdə təhlükəli əks-hücumlar qurub, gözəl oyun sərgiləsək, uğur qazana bilərik. İnanıram ki, rəqibdən xal ala bilərik, bu, mümkündür. Uşaqlar özlərinə inanmalı, rəqibin adına baxmamalıdırlar. Özünəinam hiss yığmamıza bu gün xal qazandıra bilər".








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31