25 Avqust 2026, Çərşənbə axşamı
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Ölkə futbolu

"Rəvan" "Turan"la oyuna hazırlaşır

 

"Rəvan” futbol klubu bu gündən Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Turan”a qarşı keçiriləcək oyunun hazırlıqlarına start verdi. Futbolxeber.az-ın məlumatına görə, komanda şənbə günü "Bakı” ilə yoldaşlıq oyunu keçirdiyindən dünən futbolçulara istirahət günü verilmişdi. Bu gün isə "Rəvan” baş məşqçi Ramil Əliyevin rəhbərliyi altında məşqlərini bərpa etdi.
 
"Bayıl Arena”da baş tutan məşq prosesi ənənəvi isinmə hərəkətləri ilə başladı. Ardından bir qədər fiziki çalışmalara vaxt ayrıldı. Əsas diqqət isə toplu çalışmalarla bağlı idi. Baş məşqçinin tapşırığı əsasında futbolçular həm 1 toxunuşlu ötürmələr üzərində işlədi, həm də "kvadrat” oynadı. Hazırlığın sonunda qapıya zərbələr daha çox diqqət ayrıldı.
 
Qeyd edək ki, baş məşqçi Ramil Əliyev düşərgəyə əvəzedicilərdən ibarət komandanın üzvlərini də cəlb edib. İndi qapıçı Sadiq Ramazanov və müdafiəçi Cəmil Rəhimli daha təcrübəli komanda yoldaşları ilə birgə hazırlıq keçir.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31