9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

Rikardinyo: “Avroliqadakı çıxışımızdan utanmamalıyıq”

“PAOK-la oyunumuz yaxşı keçdi. Yeganə mənfi hal qələbə qazanmamağımız oldu”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Qəbələ”nin müdafiəçisi Rikardinyo deyib.

Braziliyalı futbolçu Avroliqanın qrup mərhələsinin beşinci turu çərçivəsində PAOK-la qolsuz bərabərə qaldıqları görüşü belə şərh edib: “Oyun ərzində yaxşı çıxış etdik. Xeyli qol şanslarımız oldu. Amma onlardan yararlana bilmədik. Bakıda ilk oyunda da PAOK-dan üstün idik”.

Rikardinyo qeyd edib ki, “Qəbələ” Avroliqadakı çıxışına görə utanmamalıdır: “PAOK-la oyundan öncə “Krasnodar”ın “Borussiya”nı məğlub etdiyini öyrəndik. Təbii ki, bu, ürəyimizcə deyildi. Lakin motivasiya baxımından hər hansı bir problem olmadı. Çünki futbol bizim işimizdi. Hər oyunda meydana çıxıb, bütün gücümüzü ortaya qoymalıyıq. Qrupda qalsaq da, Avroliqadakı çıxışımızdan utanmamalıyıq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31