3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Xarici futbol

Toşak ağır xəstəliyə tutulub

"Real"ın və Uels millisinin keçmiş baş məşqçisi, bir vaxtlar Azərbaycanda çalışmış Con Toşak ağır xəstəliyə tutulub.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə onun oğlu Kemeron Toşak "Daily Mail"ə açıqlamasında deyib.

K.Toşakın sözlərinə görə, atasına demensiya diaqnozu qoyulub. Demensiya yaddaşın və əqli qabliyyətin azalmasıdır.

"Bu, dəhşətli bir xəstəlikdir. Biz onun təsirlərini qısamüddətli yaddaşında görürük. Onunla ən çox mən danışıram. Nahardan sonra söhbət edəndə səhər danışdığımızı xatırlamaya bilər", - deyə Kemeron Toşak bildirib.

77 yaşlı Con Toşak 2013-cü ildə "Xəzər Lənkəran"da işləyib. Uelsli mütəxəssis müxtəlif illərdə "Real"ı çalışdırıb. Toşakın rəhbərliyi altında  Madrid klubu 1989/1990 mövsümündə İspaniya çempionluğunu qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31