1 Oktyabr 2026, Cümə axşamı
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Xarici futbol

Mbappe yenidən ayın ən yaxşısı seçildi

“Real”ın hücumçusu Kilian Mbappe oktyabr ayında La Liqanın ən yaxşı oyunçusu seçilib.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, fransız futbolçu ardıcıl ikinci dəfə sorğuda qalib olub. O, sentyabrda da La Liqanın ən yaxşı futbolçusu adına layiq görülmüşdü.

Mbappe “Real”ın oktyabrda keçirdiyi hər üç çempionat matçında – “Barselona”, “Hetafe” və “Villareal”la görüşlərdə qol vurub. Bununla da o, komandasının liderliyini qorumasında böyük pay sahibi olub.

Xatırladaq ki, Mbappe sentyabrda La Liqada meydana çıxdığı 4 matçın hamısında fərqlənməyi bacarmışdı.

Əlavə edək ki, fransız forvard hazırda 11 qolla La Liqanın bombardiridir. O, ən yaxın izləyicilərini 5 top qabaqlayır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31