2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Xarici futbol

“Benfika”nın baş məşqçisi: “Başqa nəticə ola bilməz, qazanmalıyıq”

“Benfika”nın baş məşqçisi Bruno Lagen “Qarabağ”la oyun öncəsi mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının Portuqaliya mətbuatına istinadən verdiyi məlumata görə, o, komandasını motivasiyalı gördüyünü bildirib:

“Beynəlxalq arenada keçirdiyimiz dörd görüşdə ortaya qoyduğumuz oyunu təkrarlamaq, ötən mövsüm göstərdiyimiz performansı davam etdirmək istəyimiz böyükdür. Məqsədimiz 3 xal qazanmaq, yaxşı futbol oynamaq və azarkeşlərimizə unudulmaz Avropa gecəsi bəxş etməkdir”.

Lagen deyib ki, strategiyalar həmişə rəqibin xüsusiyyətlərinə görə qurulmalıdır: “Santa Klara” müdafiəyə daha çox çəkilən komanda idi, “Qarabağ” isə fərqli sistemdə çıxış edir. Biz isə rəqibin buraxdığı boşluqlardan maksimum yararlanmağa çalışacağıq”.

“Benfika”nın çalışdırıcısı start heyətindən də söz açıb: “Komanda ilə növbəti yaxşı məşq gününü arxada qoyduq, sabah da davam edəcəyik. Bundan sonra ən uyğun onbirliyi müəyyənləşdirib qərarımızı verəcəyik”.

O bildirib ki, “Benfika”nın üzərindəki tələb hədsiz dərəcədə yüksəkdir: “Burada başqa nəticə ola bilməz. Bütün oyunları qazanmalıyıq”.

Xatırladaq ki, “Benfika” - “Qarabağ” oyunu sabah keçiriləcək və saat Bakı vaxt ilə 23:00-da başlanacaq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31