1 Oktyabr 2026, Cümə axşamı
U-21 millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi

Xarici futbol

Keçmiş həyat yoldaşı Alveşin müdafiəsinə qalxıb

Hazırda zorlama ittihamı ilə həbsdə olan Dani Alveşin keçmiş həyat yoldaşı braziliyalı futbolçunun günahsız olduğuna əmindir.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, Dinora Santara keçmiş ərinin kiməsə təcavüz edəcək biri olmadığını deyib:

“Mən bütün bunlara inanmıram. Dani belə bir şey edə, heç vaxt hansısa qadını zorlaya bilməz. Artıq 22 ildir ki, onu tanıyıram. 10 il də ailəli olmuşuq. Bütün ətrafı da Danini yaxşı tanıyır. Bu yaşananlar məni çox məyus edir. Tezliklə hər şeyin qaydasına düşəcəyinə əminəm”.

Qeyd edək ki, Braziliya millisinin və “Barselona”nın sabiq müdafiəçisi bir müddətdir nəzarət altındadır. O, gecə klubunda qadını zorlamaqda ittiham olunur. Veteran futbolçunun günahı sübuta yetirilsə, onu 12 illik həbs gözəyir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31