3 Iyun 2026, Çərşənbə
Millimiz Serbiyaya qarşı
Elşad Quliyevdən qələbə şərhi
Azərbaycan millisi yarımfinalda!
Azər Bağırov rəsmən "Şamaxı"da

Xarici futbol

Ronald Kuman rəsmən “Barselona”da

“Barselona”nın yeni baş məşqçisi müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, Kataloniya klubu gözlənildiyi kimi, Ronald Kumana tapşırılıb. Holland mütəxəssis qarşıdakı 2 ildə “Barselona”nı çalışdıracaq.

57 yaşlı mütəxəssis bu gün Bakı vaxtı ilə 20:00-da ictimaiyyətə təqdim ediləcək.

Kuman 2018-ci ildən çalışdırdığı Hollandiya millisindən ayrılıb.

Qeyd edək ki, futbolçu kimi Kuman 1989-1995-ci illər aralığında “Barselona”nın şərəfini qoruyub. O, Kataloniya klubunun heyətində 4 dəfə İspaniya çempionatının, 3 dəfə İspaniya Superkubokun, 1 dəfə İspaniya Kubokunun, 1 dəfə Çempionlar Liqasının, 1 dəfə də UEFA Superkubokunun qalibi olub. Bir müddət komandada məşqçi kimi fəaliyyət göstərib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30