10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Digər idman növləri

Trek velosipedi üzrə Azərbaycan çempionatının mükafatçıları müəyyənləşib

Trek velosipedi üzrə Azərbaycan çempionatının mükafatçıları müəyyənləşib.

Futbolxeber.az saytının Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Respublika Velotrekində təşkil olunan yarışda klub və cəmiyyətlərin 50-yə yaxın idmançısı iştirak edib.

3 yaş kateqoriyasında mübarizə aparan idmançılar xal toplamaqla qrup ötüşməsində qüvvələrini sınayıblar. U-15 yaş kateqoriyasında idmançılar 14 km məsafə qət ediblər. Yarışın yekununa əsasən, Timur Rəcəbov 1-ci, İslam Əliyev 2-ci, İsmayıl Xankişiyev 3-cü yeri tutub.

U-17 yaş kateqoriyasında 18 km məsafəyə mübarizə aparan idmançılar arasında Nihad Xudoyev, Çingiz İsayev və Cavid Baxşıyev müvafiq olaraq ilk 3 pillədə qərarlaşıblar.

Gənclər, U-23 və Elit kateqoriyasında yarışan idmançıların 24 km məsafəyə ötüşməsi Tural İsrafilovun qələbəsi ilə yekunlaşıb. Rəhim Nağıyev gümüş, Camal İbrahimzadə bürünc medala yiyələnib.

Mükafatçılar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal və diplomla təltif ediliblər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31